Xalq Rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı oldu - İSTANBULDA (FOTOLAR)

Xalq Rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı oldu - İSTANBULDA (FOTOLAR)
Martın 6-da İstanbulun Üsküdar Bələdiyyəsinin və TEAS Pressin təşkilatı ilə NEVMEKAN SAHİL salonunda Xalq Rəssamı, ADMİU-nun Dizayn və Dekorativ sənət kafedrasının müdiri, professor Arif Əzizin "Bəyaz körpü” fərdi sərgisinin açılışı oldu. Tədbirin birinci hissəsi günün birinci yarısında baş tutdu. 8 mart Ümümdünya Qadınlar günü ilə bağlı Üsküdarda keçirilən III-cü " İz burakan kadınlar zirvəsi” tədbirində Arif Əzizin "Bəyaz” adlı əsəri Türkiyənin "Yaşılay” cəmiyyətinin və "İslam İşbirliyi Təşkilatı”nın prezidenti Esra Erdoğan Albayraka təqdim olundu. Esra Albayrak Azərbaycan və Türkiyə qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsində incəsənətin xüsusi rolunu qeyd etdi. Daha sonra Arif Əziz, ADMİU-nun Rəssamliq fakültəsinin dekanı Sevil Kərimova NEVMEKANDA yerləşən "Xanım Soltanların Muzeyi”nin ekspozisiyasının açılışında iştirak etdilər. Muzeyin eksrozisiyasında Osmanlı dövrünün 100 yaxın qadın geyimlərindən ibarət gəlincik kolleksiyası tamaşaçılara təqdim olunur.
Arif Əzizin 133 əsərdən ibarət sərginin açılışı axşam, saat 19.00 keçirildi. Burada İstanbul Universitetlərinin müəllim-professor heyətləri, diplomatik nümayəndələr rəssamın ailəsi, muzey, sənət evləri, qalereyanın nümayəndələri, sənətseverlər, geniş ictimaiyət iştirak etdi. Tədbirin əvvəlində İstanbulun Mərmərə Universitetinin müəllimi, soydaşımız Aytac Rzaquliyevanın rəhbərlik etdiyi Trio-Miraculum qrupunun kiçik konserti keçirildi. Konsertdə İlyas Mirzəyevin, Oğuzhan Balcının, Endrü Uebberin əsərləri, Azərbaycan və türk xalq melodiyaları səsləndirildi. Daha sonra Üsküdar Bələdiyyəsinin Başçısı Hilmi Türkmen və Arif Əziz çıxış etdilər. Xalq rəssamımızın Azərbaycan-Türkiyə mədəni münasibətlərinin inkişafında əhəmiyyətli fəaliyyəti qeyd olundu, İstanbul Bələdiyyəsi tərəfindən "Təşəkkürnamə” təqdim olundu. Sərgi salonunun iki mərtəbəsini əhatə edən ekspozisiyanın konsepti Arif Əzizin yaradıcılıq yolununun fərgli məqamlarını, onların bədii spesifikasını, rəssamın fərdi manerasını izləyicilərə ardıcıl tərzdə açıqlamaqdır. Rəssamın 1970-cı illərdən başlayaraq bu günədək qrafika, rəngkarlıq, dizayn, teatr dekorasiyası sahələrində yaratdığı əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Sərginin kuratorları Meyçem Ezengin və Ahmet Taner Özer "Biz konseptimizə Arif Əzizin "Bəyaz” dövrünü vurğulamaqla başladıq, lakin onunla işləyərək layihə genişləndi, və nəticədə türk tamaşaçısına böyük bir sənət epoxasını əhatə edən möhtəşəm, dünya miqyaslı rəssam təqdim olundu”,- qeyd etdilər. Qonaqlara sərginin kataloqu təqdim olundu. Sərgi 12 aprel 2019-cu tarixinə qədər davam edəcək.















Xəbər lenti