RU
lombard
Xəstə atasına baxmaq üçün inək cildinə girir
15:23
358

Xəstə atasına baxmaq üçün inək cildinə girir

Xəstə atasına baxmaq üçün hər gün inək cildinə girir, Parka gələn uşaqlar 5 yuan ödəyərək onun belinə minir. 

Çində 15 yaşlı bir qızın fədakarlığı ölkədə böyük rezonans yaradıb. İşsiz Hao Donqdon iflicdən əziyyət çəkən atasının müalicəsi üçün dəridən qabıqdan çıxır.

Haonun bacısı və qardaşı yaşda ondan kiçikdir. Bir yandan onların təhsil alması, bir yandan da xəstə atasının tibbi ehtiyaclarını ödəmək qayğısı onu işləməyə vadar edirb. Hao izdihamlı parkda başına inək maskası taxaraq uşaqları əyləndirməyə qərar verib. Diz çöküb insanlardan mərhəmət uman 15 yaşlı qızı hətta insanları inək kimi belində daşımağa hazır olduğunu da yanındakı lövhə ilə elan edib. Onu inək yerinə qoyan uşaqlar, onun belinə minərək əylənib. Bunun üçün uşaqların valideynləri qıza cüzi bir məbləğ- 5 yuan ödəyib. Amma Haonun niyə belə etdiyinin üzə çıxması şəhərdə zəlzələ effekti yaradıb. Onun atası üçün insanların qarşısında əyildiyini öyrənən valideynlər artıq uşaqlarının onun belinə qalxmasına imkan vermir. Əvəzində hər yoldan ötən inək maskalı qıza maddi yardım göstərir.

Haonun sözlərinə görə təkcə atasına baxa bilmək üçün ona ayda azı 5 min yuan pul lazımdır. Bacısı, qardaşı və özünün xərcləri ilə birgə bu rəqəm daha da artır. 15 yaşlı qızın atası iflic olduğundan onun hərəkət qabiliyyəti məhduddur. Qeyd edək ki, xəbər yayılan kimi xeyriyyə cəmiyyətləri hərəkətə keçib. Ailə üçün maddi yardım toplayan şirkətlərlə yanaşı, onlara yardım etmək istəyən zənginlər də az deyil./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ