Xoşqədəm körpəsini döyən ananı biabır edib efirdən qovdu - VİDEO

Xoşqədəm körpəsini döyən ananı biabır edib efirdən qovdu - VİDEO
Xoşqədəm Hidayətqızı uşağını döyən ananı canlı efirdə studiyadan qovub.

 1 yaşlı körpəsi həyat yoldaşı tərəfindən qaçırılan Nərgiz "Səni axtarıram" proqramına gələrək kömək istəyib.

Nərgizlə həyat yoldaşı İsmayıl arasında münaqişə yaşandığından o, küsüb ata evinə gedib. İsmayıl onun atası evinə gələrək uşağı qaçırıb.

Xoşqədəm Hidayətqızı ananı uşağına qovuşdurub, lakin İsmayılın söylədikləri hər kəsi məyus edib.

O, Nərgizin çox əsəbi olduğunu və körpəni döydüyünü deyib. Ana 1 yaşlı körpəsini döydüyünü etiraf edib. Bu etiraf aparıcını qəzəbləndirib və onu efirdən qovub. 


 

7News.Az

Xəbər lenti