Yalçın Topçu “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edildi – Fotolar

Yalçın Topçu “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edildi – Fotolar

Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bu gün Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) "Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilib. 

Bu barədə Avropa.info-ya Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Mətbuat Xidmətindən bildirilib. 

Türk Dünyası qarşısında xidmətlərinə görə Yalçın Topçuya yüksək ordeni Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Ankarda Türkiyə Prezidentinin rezidensiyasında şəxsən təqdim edib. 

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) "Xüsusi Xidmətlərə görə” Ordeni 8 aprel 2018-ci ildə UQTMŞ Rəyasət heyətinin qərarı ilə təsis edilib. İndiyə qədər 3 Ukrayna vətəndaşı, 1 Gürcüstan və 1 Azərbaycan vətəndaşı bu yüksək ordenlə təltif ediliblər.

 

 

Xəbər lenti