Gənclərin “ideya yarmarkaları” keçiriləcək

Gənclərin “ideya yarmarkaları” keçiriləcək

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində 4 regionda ideya yarmarkası təşkil edəcək.
Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən Quba və Ağcabədi rayonlarında təşkil ediləcək yarmarkaların məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsidir.
İyul ayında keçiriləcək yarmarkalarda iştirakçı gənclər təqdimatlar şəkilində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim edəcəklər. Müstəqil qaydada formalaşdırılmış jüri tərəfindən ən çox səs toplayan ideyalar qiymətləndiriləcək. Hər regiondan 3 ən yaxşı ideya Mərkəz tərəfindən mükafatlandırılacaq və onların icrasına şərait yaradılacaq.
Qeyd edək ki, bu cür yarmarkalar regionlarda ilk dəfə keçirilir.
Mərkəzdən bildirilir ki, pilot olaraq reallaşdırılacaq yarmarkalar uğurlu olarsa, gələcəkdə bütün regionlarda keçiriləcəkdir.

Xəbər lenti