RU
lombard
Yasamal rayonunda nə baş verir?
22:33
12555

Yasamal rayonunda nə baş verir?

Bugünlərdə 7News.az saytının redaksiyasına 2(004)-3924/2013  saylı  iş  üzrə  tələbkar  Yasin  Hüseynov tərəfindən Yasamal  rayon  icra  şöbəsi ilə ilginc məlumat daxil olub. Məlumatda icra şöbəsinin öz vəzifə səlahiyyətlərini icra edə bilməməsi, məsələyə biganə qalması və tələbkarın get-gələ salınması ilə bağlı şikayətlər yer alıb. Redaksiyamıza daxil olan müraciəti olduğu kimi təqdim edirik:

Yasamal  rayon  icra  şöbəsində  toz  basmış  icra  vərəqinin  icrası  nə  zaman  təmin olunacaqdır ?

29.07.2013-cü il tarixdə  Yasamal  rayon  məhkəməsində  2(004)-3924/2013  saylı  mülki  iş  üzrə  mənim xeyrimə  qətnamə  çıxarmışdır  və  həmin  qətnamə  qanuni  qüvvəyə  minmişdir.   Mövcüd  qanunvericiliyə  görə  qətnamənin  icra  müddəti   3  ay  müəyyənləşdirilib,  lakin  həmin  vaxtdan  27  ay  keçməsinə  baxmayaraq  məhkəmənin  icra  vərəqinin  icrası   Yasamal  rayonu  icra  şöbəsinin  əməkdaşları  tərəfindən  təmin  edilmir. Ötən dövr  ərzində   6  dəfə   Yasamal  rayon  icra  şöbəsinin  rəisinə  yazılı  müraciət  edərək  bu iş üzrə  icra  məmurunun  qəbul  etdiyi  “icraata  başlamaq  haqqında  qərarın”  surətini  və eləcə  də  icranın  təmin  edilməsi  ilə əlaqədar  həyata  keçirilən  tədbirlər  haqqında   sənədlərin   surətlərini  mənə  göndərməsini  xahiş  etməyimə  baxmayaraq   icra  şöbəsinin rəisi   Zaur  Abdullayev   Azərbaycan Respublikasının “İcra haqqında”  qanununun  tələblərinə  və eləcə  də  “vətəndaşların  ərizə  və  müraciətlərinə  baxılma  və  cavablandırma  müddətlərinə"  qeyri  ciddi  yanaşır    və  faktiki  olaraq  vəzifə  borcunu  yerinə  yetirmir. Maraqlıdır,  görəsən  məhkəmənin  qətnaməsinin   Yasamal  rayon  icra  şöbəsi   tərəfindən  icra  edilməsinə  və   gördükləri  tədbirlər  haqqında  iş  üzrə  tələbkara  məlumat  vermələrinə  mane  olan  nədir (kimdir) və ya  bunun  səbəbi  nədir ?                                                                      

Hörmətli   redaksiya  bu  məsələyə   aydınlıq   gətirilməsinə  və Yasamal  rayon  məhkəməsinin  icra  vərəqəsini   düşdüyü  “qaranlıq  quyudan” çıxarılaraq  icraya  yönəldilməsinə  və  məmur  özbaşnalığına  son  qoyulmasına  köməklik  göstərəsiniz.

Hörmətlə,  2(004)-3924/2013  saylı  iş  üzrə  tələbkar  Yasin  Hüseynov.

05.11.2015-ci il

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ