Yaxın gələcəkdə Azərbaycanda onlayn kassalar tətbiq olunacaq

Yaxın gələcəkdə Azərbaycanda onlayn kassalar tətbiq olunacaq
Yaxın gələcəkdə Azərbaycanda onlayn rejimdə işləyən kassaların tətbiqinə başlanacaq.

APA-nın məlumatına görə, bunu bu gün vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, artıq test rejimində bu işlərə başlanılıb: "Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq onlayn kassa aparatları təsdiq olunacaq. Bu zaman da sahibkarların üzərinə əlavə yük düşməyəcək. Amma bu sahədə də vərdişlərlə bağlı problemlər var. Uzun müddət formalaşmış vərdişləri dəyişmək çətindir. Lakin bu vərdişlərin dəyişməsini uzun müddət gözləyə bilmərik".
 
 7News.Az

Xəbər lenti