Yeni Zelandiyada məscidlərə silahlı hücum: 27 ölü - VIDEO

Yeni Zelandiyada məscidlərə silahlı hücum: 27 ölü - VIDEO

Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki məscidə və şəhər xəstəxanasına silahlı hücum olub.

Terrorçuların açdığı atəş nəticəsində 27 nəfərin nəfər həyatını itirdiyi bildirilir. Bəzi mənbələr 50-yə yaxın yaralının olduğunu yazır. İnsident vaxtı məscidlərin birində 300-ə yaxın insan ibadət edib.

Hücumlardan birini avstraliyalı ultra-sağçı, irçi fəalın həyata keçirrdiyi artıq müəyyən edilib. Məlumata görə, terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

Hadisə şahidlərinin dediyinə görə, atəş açan şəxslərdən biri şlemdə, hərbi gödəkçədə və eynəkdə olub, silahlı hücumu sosial şəbəkədə canlı yayımlayıb. Hadisə yerinə gələn polis yaxın çevrəni mühasirəyə alıb, küçələrin giriş-çıxışları nəzarətə götürülüb. Bir nəfərin həbs olunduğu bildirilsə də, həmin şəxsin terrorçu olub-olmadığı açıqlanmır.

Ölkənin baş naziri Casind Ardern baş verən insidentin terror aktı olduğunu bildirib və "ölkə tarixinin ən qara günlərindən biri” kimi qələmə verib.

 

7News.Az

Xəbər lenti