Yol polisi beynəlxaq idman yarışından medalla qayıtdı

Yol polisi beynəlxaq idman yarışından medalla qayıtdı
19-24 oktyabr tarixində Ukraynanin Vinnitca şəhərində Universal Döyüş üzrə dünya çempionatı keçirilib. Yarışda ölkəmizi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Nicat Əliyev təmsil edib. 35 ölkədən 400 idamançının iştirak etdiyi yarışda həmyerlimiz 81 kq çəkidə bütünc medal qazanıb.

Qeyd edək ki, Nicat Əliyev 5 qat dünya, 6 qat Avropa çempionu, Asiya kəmərinin sahibi Əməkdar İdman Ustasıdır. Eyni zamanda iki dəfə Prezident mükafatına layiq görülüb.

Avtosfer.az-a müsahibəsində Nicat Əliyev bildirib ki, onun qələbəsi bütün Azərbaycanın qələbəsidir. "Bu gün bu qələbəni başda Prezident İlham Əliyev olmaqla bu şəraiti yaradan DİN rəhbərliyə borcluyam. Həm idmançı, həm də bir polis əməkdaşı kimi daim dövlətimizin inkişafına xidmət edirəm və bundan sonra da edəcəyəm.”

Xəbər lenti