Yüksək sürət qəzaya səbəb oldu: yaralı var - FOTO/VİDEO

Yüksək sürət qəzaya səbəb oldu: yaralı var - FOTO/VİDEO

Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

7News.Az oxu.az-a istinadən xəbər verir ki, qəza 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.

 

Belə ki, Tofiq Əliyev idarə etdiyi "Fiat Doblo" markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən bu zaman əks istiqamətdən yüksək sürətlə gələn "Opel" markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən "Fiat Doblo" aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan "Kia" markalı avtomobilin üzərinə düşüb.

Qəza zamanı "Fiat"ın sürücü T.Əliyev xəsarət alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçıları araşdırma aparır.


 

7News.Az

Xəbər lenti