RU
lombard
Zahid Oruc həbs oluna bilər
10:07
68945

Zahid Oruc həbs oluna bilər

İqtisadçı ekspert  Natiq CƏFƏRLİ millət vəkili Zahid Orucun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqında açıqlamalarına münasibət bildirib. Deputatın açıqlamalarını oxuduğunu deyən N.Cəfərli söyləyib ki, parlamentarinin fikirləri çox mətləblərdən xəbə verir:

“Deputat nazirin bir çox qanunsuz əməllərindən cəsarətlə danışıb. Sadəcə, bir sualım var: Bu qanunsuzluqları, cinayətləri, iş adamlarına basqıları, qanunsuz dinləmələri Zahid müəllim bilirdisə, niyə bunu 3 gün öncə prokurorluğa xəbər vermirdi? Cinayəti bilib xəbər verməmək, onu gizlətmək də cinayətdir, 3 il iş düşür. Zahid müəllim üçün narahatam.”

Millət vəkilinin davranışına münasibət bildirən tanınmış hüquqşünas Qurban MƏMMƏDOV açıqlamasında qeyd edib ki, deputat və ya məmur olmasından asılı olmayaraq kimsə “vurulan” adamın arxasınca danışırsa, o, siyasi əxlaqsızlıq edir. Müsahibimizin sözlərinə görə, belə hallar dövlətçilik baxımından olduqca ziyanlıdır:

Bu adam vəzifədə olanda onun qabağında əyilirdilər. Vəzifədən kənarlaşdırılandan sonra da başladılar ki, sən demə onlar həmin adamın hansı qanunsuzluqlarla məşğul olduğunu bilirmiş. Sual olunur: Bəs onda niyə danışmırdın? Bu doğru yanaşma deyil. Özünə hörmət edən insan “vurulan” adamla yaxşı münasibət saxlayar. Yoxsa, yıxılan adamın arxasınca danışmaz”./aim

7News.az məlumat verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə işindən ayrılan Milli Təhlükəsizlik Naziri (MTN) Eldar Mahmudovun yerinə hələlik kimsə təyin edilməyib.

Eldar Mahmudovun yaxınlarda işdən çıxarılacağı ilə bağlı son vaxtlar siyasi dəhlizlərdə söyləntilər dolaşırdı. Bunun əsas səbəbi kimi də sabiq nazirin qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin başçılığı altındakı bir qrupun ölkənin bank və maliyyə sektorunu çökdürməyə yönəlik əməlləri idi. Bu qrup ölkənin milli təhlükəsizliyi etibar edilmiş nazirə - Eldar Mahmudova ən yaxın kadrlar idi və onun bu cinayətlər barədə prezidentə məlumat belə verməməsi çoxsaylı suallar doğururdu.

Siyasi "əxlaqsızılığa" görə qanunvericilikdə həbs cəzası olmasa da, məlumatı bilib, söyləməmək cinayət ortağı kimi qiymətləndirilməsi dəqiqdir. 

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Eldar Mahmudovu ilk növbədə onun yaxın çevrəsi vurmağa başladı.

Ümumiyyətlə Zahid Orucun özünəməxsus şəxsini reklam yanaşması var. Bir müddət öncə 7News.az olaraq “Zahid Orucdan çirkin kampaniya” başlığı ilə yazı dərc etmişdik. Son günlər sosial şəbəkədə millət vəkili Zahid Orucun ətrafında olan şəxslər onun xəstə uşağı ziyarət edərkən çəkdirdiyi fotosunu paylaşıb.

Hər kəs kimi, bu foto bizim də diqqətimizi çəkdi. Uçuq-sökük evdə, köhnə çarpayıda xəstə yatan uşağı ziyarət edən millət vəkili Zahid Orucun bu cür ucuz reklama ehtiyacı var, ya yoxdur bunu bilmirik. Əgər lazım bilinib paylaşılıbsa, demək ki, var.

O zaman Zahid Orucdan soruşmaq lazımdır, xəstə uşağa yardım edərkən və yaxud reklam üçün fotosesiyya etdirmək və bunu paylaşmaq nə dərəcədə onun deputat fəaliyyəti ilə bağlıdır?

Zahid Oruc Milli Məclisin ən fəal deputatlarından biri olduğu halda şou-biznes nümayəndələri kimi bu dərəcə ucuz reklama getməsi bizi düşündürməyə bilmir. Fotoya baxarkən millət vəkilinin sanki muzey eksponatını izləməsi təsiri bağışlayır. Şou-biznes nümayəndələri olsa, o uşağın başın sığallayar, bəlkə qucaqlayar, hətta öpər. Zahid Oruc özünü reklam edirdisə, bunu belə bacarmadı. Necə deyərlər, sinifdə qaldı. Atalar belə yerdə deyir, ucuz ətin şorbası olmur...

Bəlkə Zahid Oruc yenə deputat seçiləcək, bunu bilmirik, ancaq millət vəkili bu cür şeylərlə də gündəmə gəlmək istəyirsə, təcili özünə PR menecer tutmalıdır

Eyni zamanda Zahid Orucun seçki şüarı da mediada birmənalı qarşılanmadı. Belə ki, sosial şəbəkələrdə Zahid Orucun seçki plakatını paylaşaraq “Vergül bol olarsa, cırılmaz plakat!”,  “Bəs Zahid harda qaldı?” və s kimi atmacalar atanların sayı da kifayət qədər oldu.

Mövzunu diqqətdə saxlayacağı.

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ