Su bayramı faciəyə səbəb oldu

Su bayramı faciəyə səbəb oldu

Taylandda hər il aprel ayında keçirilən Su bayramı bu il də çoxsaylı insan itkisinə səbəb olub.

Festival ərəfəsində ilk 3 gündə 181 nəfər yol qəzasının qurbanı olub, 1777 nəfər xəsarət alıb. Bu barədə ölkənin Cəmiyyətin Sağlamlığı və Koordinasiya Departamentindən bildirib.

Departamentin açıqlamasında qeyd olunub ki, 11-13 aprel tarixlərində 750 yol qəzası olub ki, nəticədə 65 nəfər həlak olub.

Xunta tərəfindən əvvəlcədən ciddi tədbirlər görülsə də, festivalın keçirildiyi 5 gün ərzində sərxoş halda avtomobil idarə edən 64 min insan həbs olunub, 1500-dən çox avtomobil cərimə meydançasına aparılıb./qafqazinfo

7news.Az

Xəbər lenti