"Vətənə xəyanətin bədəlini ağır ödəyəcəklər"

İstanbula gələn Türkiyə prezidenti Ərdoğan aeroportda jurnalistlər üçün mətbuat konfransı verib.

"Paralel dövlətin" çevriliş cəhdlərinin baş tutmayacağını bildirən Ərdoğan bunun vətənə xəyanət olduğunu vurğulayıb. 

Ordu rəhbərliyinə üzünü tutaraq xalqın maraqlarının əsas olduğunu deyən Ərdoğan təxribata uyan gənc əsgərlərə də nə qədər gec deyil ağıllarını başlarına yığaraq kazarmalarına dönməyi məsləhət görüb.

""Paralel dövlət"in silahlı terror təşkilatı olduğunu deyəndə bizimlə razılaşmayanlar indi bunların silahlı terrorçu olduqlarını öz gözləri ilə gördülərmi?"", deyə Türkiyə prezidenti bildirib./olke.az

7news.Az

Xəbər lenti