Zavodun söküntüsü zamanı yıxılan fəhlə xəstəxanada öldü

Zavodun söküntüsü zamanı yıxılan fəhlə xəstəxanada öldü

Yexlav rayonunda söküntü zamanı yıxılan fəhlə vəfat edib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 27-də "Yevlax Yun" ASC-də söküntü aparan fəhlə 1972-ci il təvəllüdlü Eyvaz Məmmədovun üzərinə şiferdən ibarət dam örtüyü qırılaraq düşüb. Nəticədə E.Məmmədov hündürlükdən yıxılaraq xəsarət alıb.

Onu əvvəlcə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Daha sonra vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən 1 saylı Respublika Klinik Xəstəxanasına gətirilib.

E.Məmmədov iyulun 9-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, söküntü işləri heç bir sənəd olmadan aparılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

7News.Az

Xəbər lenti