Azad Rəhimov: Hokkey matçlarını səbirsizliklə gözləyirdim

Azad Rəhimov: Hokkey matçlarını səbirsizliklə gözləyirdim

Dövlət rəsmiləri "Gənclər günü” ilə əlaqədar gənc yaşlarında maraqlandığı idman növləri və kumirləri barədə fikirlərini bildirib.

7News.Az xəbər verir ki, ilk öncə Gənclər və Idman naziri Azad Rəhimov fikirlərini bildirib:

"Gənc yaşlarımda hokkey matçlarını səbirsizliklə gözləyirdim. Çünki o vaxt SSRİ bizim vətənimiz idi. ABŞ və Kanada ilə oyunlara böyük həvəslə baxırdım. O vaxt ABBA kimi pop qruplarını televiziyada görmək hər deyən qismət olmurdu. Bu qrupu çox sevirdim”.

Təhsil nazirinin müavini Firudin Qurbanov isə Pele azarkeşi olduğunu və Braziliya millisinin oyunlarını seyr etməkdən ləzzət aldığını bildirib.

Millət vəkili Fuad Muradov da bu barədə fikirlərini söyləyib:

"Mən Maykl Cordan azarkeşi idim. Azərbaycanda basketbola o qədər də maraq olmasa da, mən xüsusilə Cordanın və onun çıxış etdiyi "Çikaqo Bullz”un oyunlarına böyük həvəslə baxırdım”.

7News.Az

Xəbər lenti