Azarkeş qapıçıya şüşə qab atdığı üçün həbs olundu - VİDEO

Azarkeş qapıçıya şüşə qab atdığı üçün həbs olundu - VİDEO

İngiltərənin "Midlsbro” komandasının azarkeşi "Kuins Park Reyncers”lə (KPR) oyundakı hərəkətinə görə həbs olunub.

O, KPR-in qapıçısı Aleks Smitisə tərəf dolu şüşə qab atıb. Məsələ burasındadır ki, həmin şəxs şüşə qaba təbii ehtiyacını ödədikdən sonra onu qolkiperin qoruduğu qapı istiqamətinə ünvanlayıb.

"The Mirror”un xəbərinə görə, mühafizəçlər əvvəlcə azarkeşi stadiondan kənarlaşdırıb, daha sonra isə meydançaya yad əşya atdığı üçün həbs olunub. Fevralda onun məhkəməsinin olacağı gözlənilir.

Qeyd edək ki, oyun "Midlsbro”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. /oxu

7News.Az

Xəbər lenti