“Azarkeşlər 90 dəqiqə məni təhqir etdilər” - Mourinyo

“Azarkeşlər 90 dəqiqə məni təhqir etdilər” - Mourinyo

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Yuventus” üzərində möhtəşəm geridönüşlə qələbə qazanan "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo haqqında yazılanlara cavab verib.

7News.Az-ın məlumatına görə, portuqaliyalı çalışdırıcı qarşılaşmadan sonra əlini qulağına qoymasına görə ona yönələn tənqidləri şərh edib. 

Təcrübəli mütəxəssis azarkeşlərin 90 dəqiqə onu təhqir etdiyini bildirib: "Bir gözəl İtaliya şəhərində 90 dəqiqə məni təhqir etdilər. Bilirəm ki, milyonlarla "İnter” azarkeşi buna görə xoşbəxtdir. Amma mən "Yuventus”a, onların futbolçularına, məşqçilərinə təşəkkür edirəm. Mən azarkeşləri təhqir etmədim. Sadəcə kiçik bir hərəkət etdim”.

7News.Az

Xəbər lenti