Azay Quliyev ATƏT DTİHB hesabatına kəskin etiraz edib

Azay Quliyev ATƏT DTİHB hesabatına kəskin etiraz edib
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının 11 aprel seçkilərinin nəticələri ilə bağlı yayımladığı hesabata konkret faktlara istinad edərək kəskin etirazını bildirib:"Biz dəfələrlə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinin şahidi olmuşuq. Azərbaycan ictimaiyyəti 26 ildir ki, ATƏT-dən və onun Minsk qrupundan Ermənistanın Dağlıq Qarabağı qoparmaq məqsədilə ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini dayandırmağı tələb etməsini və mandatından istifadə edərək bu istiqamətdə qətiyyətli addımlar atmasını gözləyir. Eyni zamanda Azərbaycan dövləti ölkədə keçirilən prezident və parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə əməkdaşlıqda hər zaman maraqlı olmuş və bu qurum başda olmaqla bütün beynəlxalq təşkilatları seçkilərin müşahidəçiliyinə dəvət etmişdir. Bununla biz istəmişik ki, həm beynəlxalq öhdəliklərimizə əməl edək, həm də seçkilərin şəffaf və aşkar şəraitdə keçirildiyini nümayiş etdirək, Azərbaycanla ATƏT/DTİHB arasında konstruktiv və sağlam əməkdaşlıq mühitinin yaranmasına və nəhayət, bu qurum tərəfindən seçkilrərə ədalətli və obyektiv qiymətin verilməsinə nail olaq. Təəssüf ki, hər iki məsələdə - nə Dağlıq Qarabağ münaqişəsinin həllində, nə də seçkilərə verilən qiymətdə uzun müddət axtardığımız və tam olaraq haqq etdiyimiz ədaləti və obyektivliyi ATƏT-dən görə bildik. Hər iki məsələ Azərbaycan üçün taleyüklü məsələdir. Hər iki məsələ Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqları ilə birbaşa bağlıdır. Hamımız bilirik ki, istər münaqişələrin həlli, istərsə də seçkilərə qiymətin verilməsi prinsipi və onlara ümumi baxış ATƏT-in nizamnaməsində və beynəlxalq sənədlərdə təsbit olunan müddəalardan və mexanizmlərdən çoxdan kənara çıxaraq ölkələrə qarşı təzyiq və ya ayrı-ayrı dövlətlərin geosiyasi maraqlarını təmin etmək alətinə çevrilib. Bu səbəbdən Azərbaycanla ATƏT arasında münasibətlərdə hər zaman müəyyən gərginlik və suallar doğuran məqamlar olub. 2015-ci ilin parlament seçkiləri ərəfəsində isə bu gərginlik daha da artdı və münasibətlərdə ciddi soyuqluq yarandı. Nəticədə ATƏT/DİTHB-in seçkiləri müşahidə etməsi mümkün olmadı. Ancaq Azərbaycan tərəfi keçmişdə olan problemləri aradan qaldırmaq və ATƏT/DİTHB-lə konstruktiv əməkdaşlıq etmək məqsədilə 2018-ci ilin prezident seçkilərini müşahidə etmək üçün bu quruma rəsmi dəvət göndərdi. Hesab edirəm ki, rəsmi Bakının bu addımı doğru idi, seçkilərin şəffaf və demokratik keçiriləcəyinə əminliyinin nümayişi idi. Azərbaycan ictimaiyyəti ümid edirdi ki, ATƏT/DİTHB keçmişdə yaşananları ciddi təhlil edərək budəfəki seçkilərdə daha ədalətli və obyektiv mövqe sərgiləyəcəkdir. Lakin aprelin 12-də prezident seçkilərinin yekunu ilə bağlı ATƏT/DİTHB-in təqdim etdiyi ilkin hesabatda və rəydə qeyd olunan bir sıra iradların əsassız olması və əksinə, bir çox müsbət məqamların qeyd olunmaması, bu rəyin qüsurlu və ədalətsiz olduğunu, rəydə balansın pozulduğunu, gerçək seçki mühütini əks etdirmədiyini göstərdi. Əlbəttə, mən, ATƏT PA-nın vitse-prezidenti və bir neçə ölkədə beynəlxalq seçki müşahidə missiyalarına rəhbərlik edən şəxs kimi yaxşı bilirəm ki, ATƏT/DİTHB-in vəzifəsi müşahidə etdiyi seçkiləri tərifləmək deyil, əksinə, mövcud çatışmazlıqları səmimi və qərəzsiz şəkildə bildirmək, həmçinin əldə olunan nailiyyətləri peşəkar formada qeyd etməkdir. Qüsurlar və çatışmazlıqlar ona görə deyilməlidir ki, onlar gələcəkdə aradan qaldırılsın, nailiyyətlər və müsbət işlər isə ona görə qeyd olunmalıdır ki, verilən rəy birtərəfli olmasın, əsaslı balans qorunsun və ən vacibi isə ölkənin gördüyü işlərə ədalətli və obyektiv qiymət verilsin. Şübhəsiz ki, 11 aprel seçkilərində də müəyyən çatışmazlıq və tənqidi məqamlar yox deyil və bu məqamların hesabatda əks olunmasında heç bir problem görmürəm. Dünyada ümumiyyətlə qüsursuz və ideal seçki anlayışı mövcud deyil. Eyni zamanda hesabatda bir sıra müsbət məqamların, xüsusilə seçkilərin yaxşı və effektiv təşkil olunduğunu, beynəlxalq müşahidəçilərə yaradılan şəraitin yüksək qiymətləndirilməsini, seçkidən sonra da Azərbaycan hökuməti və parlamenti ilə yaxından əməkdaşlıq etmək istəklərini və digər bu kimi müsbət çağırışları da təqdir edirəm. Lakin əsas problem, yuxarıda qeyd etdiyim kimi, ATƏT/DİTHB-in təqdim etdiyi rəydə balansın pozulması, bir çox müsbət məqamlara diqqət yetirilməməsi və ədalətli qiymətin verilməməsidir. Bu rəydə selektiv yanaşmanın qabarıq şəkildə hiss olunmasıdır. Mən dediklərimə sübut kimi bir neçə məqamı qeyd etmək istərdim.
Məsələn, hesabatda yazılır ki, digər namizədlər vəzifədə olan prezidentə qarşı əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər. Bu iradı hamıya şamil etmək olmazdı. Çünki seçki prosesini izləyən hər kəs şahidi oldu ki, prezidentliyə bir sıra namizədlər, xüsusilə ADP-nin sədri Sərda.
 
 
7News.Az

Xəbər lenti