Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq

Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak edəcək.

Milli Məclisdən 7news.Az-a verilən məlumata görə, millət vəkili bu gün Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.

Büronun iclasında ATƏT PA-nın iyulun 7-11-də Berlində keçiriləcək 27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və layihə sənədləri təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkilər üzrə müşahidə missiyalarının hesabatları, keçiriləcək tədbirlər barədə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Azay Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək.
Səfər aprelin 17-də başa çatacaq.


7news.Az

Xəbər lenti