Azər Həsrət: “Ağzına və ağlına gələni danışır”

Azər Həsrət: “Ağzına və ağlına gələni danışır”
"Bu adam da xəstə fars şovinistlərindən biridir. Ağzına və ağlına gələni danışır. Bunun məqsədi bizi farsların hələ də orta əsrlərdə qalan təfəkkürü səviyyəsində təqdim etməkdir”.

BNEWS.az xəbər verir ki, bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət İran prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunisinin "Azərilər türkcə danışan farsdır” sözlərinə münasibət bildirərkən deyib:
 
"Halbuki Türk milləti onun millətindən ən azı 600 il öndədir. Belə xəstə təfəkkürlü adamların dedikləri, əlbəttə ki, bizim nə Türklüyümüzə, nə də qədimliyimizə kölgə sala bilməz. Zatən dünya Türkün kimliyini bilir və tanıyır”.
 
7news.az

Xəbər lenti