Azər Mehdiyev: “Dövlət müəssisələrinin özəlləşdirilməsi zəruridir”

Azər Mehdiyev: “Dövlət müəssisələrinin özəlləşdirilməsi zəruridir”
Əmlak Məsələləri Dövlət Komitəsi bölgələrdə yerləşən bəzi istehsal müəssisələrinin özəlləşdiriləcəyi barədə məlumatlar yayıb. Maraqlıdır bu cür özəlləşdirmə Azərbaycan iqtisadiyyatına nə verəcək?
İqtisadçı-ekspert Azər Mehdiyev məsələyə aydınlıq gətirərək, dövlət müəssisələrinin özəlləşdirilməsinin zəruriliyini qeyd edib: "Bütün hallarda bölgələrdə yerləşən bəzi istehsal müəssisələrinin dövlətdə qalmasına ehtiyac yoxdur. Onsuz da dövlət müəssisələri özünü doğrultmur. Dünya təcrübəsi göstərir ki, müəssisənin inkişaf etməsi üçün konkret mülkiyyətçinin olması daha vacibdir. Ancaq bu dövlət müəssisəsi kimi qalanda idarəetmə çətinləşir, nəzarət səviyyəsi aşağı düşür və oğurluq halları artır”.
7News.az

Xəbər lenti