Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi- FOTOLAR

Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi- FOTOLAR

Federasiyadan 7NEWS.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Alpaqut Federasiyasının (AAF) rəhbərliyi, məşqçi və idmançı heyəti talassemiyadan və hemofiliyadan əziyyət çəkən insanlar üçün yardım məqsədi ilə Mərkəzi Qanvermə Bankında qanvermə aksiyası keçirib. Aksiyada federasiyanın prezidenti Aqil Acalov, birinci vitse prezident Qüdrət Nuriyev, vitse prezident Nuranə Şıxəliyeva, "Aypara” sistemi üzrə koordinator Elşən Məmmədov və 30-a yaxın idmançı iştirak edib. AAF-nın prezidenti Aqil Acalov bildirib ki, bu kimi aksiyalar birinci dəfədir keçirilmir və demək olar ki, ənənə şəklini alıb.”Federasiyamız hər il bənzər sosial layiəhləri təşəbbüskar olaraq reallaşdırır”-deyə qeyd edən Aqil Acalov həmçinin bildirib ki, bu, xeyriyyəçilik məqsədi ilə yanaşı cəmiyyətdə maarifləndirmə işini aparmağa istiqamətləndirilmiş aksiyadır: "Biz istəyirik ki, cəmiyyətimiz hər zaman talassemiya və hemofiliyadan əziyyət çəkən insanların yanında olsunlar, onların talelərinə biganə yanaşmasınlar. Fürsətdən istifadə edərək, hər kəsi belə sosial layihələrdə iştirak etməyə səsləyirik. Çünki bu eyni zamanda bizim vətəndaşlıq və insaniyyətlik borcumuzdur”. Federasiyanın birinci vitse prezidenti Qüdrət Nuriyev də bu kimi aksiyalarda iştirak etməkdən məmnunluq hissi duyduğunu deyib. "Verilən hər bir qan bir xilas mənbəyidir”-deyə qeyd edən Qüdrət Nuriyev əlavə edib ki, bənzər təşəbbüsslərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcu olmaqla yanaşı, həm də humanizmə verdiyi dəyər olmalıdır: "Bu baxımdan, aksiyamıza qoşulan hər kəsə minnətdarlığımızı bildiririk”. AAF-ın vitse prezidenti Nuranə Şıxəliyeva də bildirib ki, bu cür sosial layihələrin keçirilməsi, xüsusilə talassemiya və hemofiliyadan əziyyət çəkən insanlar üçün bu kimi təşəbbüslərin reallaşdırılması vacibdir. "İlk növbədə, vətəndaş olaraq düşünürəm ki, talassemiya və hemofiliyalı insanlar üçün belə kampaniyaları tez-tez keçirməliyik. Çünki bu gün dünyada bu xəstəliklərdən əziyyət çəkən insanlar kifayət qədərdir”-deyə bildirən Nuranə Şıxəliyeva həmçinin qeyd edib ki, Azərbaycan dövləti istər talassemiyadan, istərsə də digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün çox böyük işlər görür, uğurlu səhiyyə məqsədli proqramlar icra edilir: "Bizlər isə hər zaman dövlətimizin yanında olaraq, vətəndaşlıq borcumuzu layiqincə təmsil etməliyik, öz təşəbbüslərimizlə fəallığımızı artırmalı, xeyriyyəçilik məqsdədlərimizi davamlı olaraq həyata keçirməliyik. Hazırkı aksiyamız da məhz bu istiqamətə yönəlib və AAF gələcəkdə də həmin fəaliyyətini uğurla davam etdirməyi qarşısına məqsəd qoyub”.

Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi-

Xəbər lenti