Azərbaycan Beynəlxalq Bankı ölkə rəhbərini aldatdı - İTKİN DÜŞMÜŞ NEFTÇİNİN SİLİNMİŞ KREDİTİ 3 İL SONRA "DİRİLDİ"

Azərbaycan Beynəlxalq Bankı ölkə rəhbərini aldatdı - İTKİN DÜŞMÜŞ NEFTÇİNİN SİLİNMİŞ KREDİTİ 3 İL SONRA
7News.Az xəbər verir ki, bu barədə 04 dekabt 2015-ci il tarixdə SOCARın GÜNƏŞLİ platforması və NEFT DAŞLARInda baş verən faciədə həlak olan Bəhman Cəfərovun oğlu Bəhruz Cəfərov öz facebook profilində yazıb. Məlumatı olduğu kimi təqdim edirik: "Yoldaşlar, bildiyiniz kimi, atam Cəfarov Bəhman 04.12.2015 tarixində SOCARın GÜNƏŞLİ platforması və NEFT DAŞLARInda baş verən faciədə həlak olub. Həmin vaxt bütün neftçilərin, o cümlədən də atamın kredit borcunun bağlandığını bildirmişdilər. Həmin tarixdən 3 il keçdikdən sonra, heç bir xəbərdarlıq, məhkəmə olmadan atamın ona zamin duran iş yoldaşından nə az, nə çox, düz maaşının yarısı həmin kreditə görə tutulmağa başlayıb. Bank deyir ki, bilmirik, necə olub, amma həmin kredit bağlanmayıb. 5000 manata yaxın qalıq borcu ödəməlisiniz deyirlər. Ölkə başçısına da müraciət eləmişik, ümid edirik ki, kömək edəcəklər. Amma ABB-nin bu vicdansız hərəkəti çox məntiqsiz oldu. Necə olur ki, hamının krediti bağlanır, amma bizim naməlum səbəbdən borcumuz bağlanmır. Əlavə olaraq, 51 faiz dövlətə məxsus olan bir bankın dövlətin iqtisadiyyatı yolunda canını itirmiş bir neftçinin 5000 manatını bağlamağa gücü çatmırsa, onda deməyə söz qalmır." Məlumat üçün qeyd edək ki, məlum faciədən sonra Prezident İlham Əliyevin həlak olan soydaşlarımızın ailə-məişət problemlərinin həll olunması, o cümlədən, kredit borclarının bağlanması üçün xüsusi tapşırıqlar vermiş, prosesi tamamilə öz nəzarəti altına almışdır. Görünən odur ki, Beynəlxalq bank bütün maliyyə maxinasiyalarını dövlətimiz yolunda həlak olan igid övladlarımızın "canından" cıxarmaq niyyətindədir. Məsələni diqqətdə saxlayacağıq.
 
7News.Az

Xəbər lenti