“Azərbaycan Dəmir Yolları” sabahdan gücləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” sabahdan gücləndirilmiş iş rejiminə keçir

Ramazan bayramı günlərində (14-19 iyun) "Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.

"Azərbaycan Dəmir Yolları” QSC-dən 7news.Az-a verilən xəbərə görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək. "Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir,” – deyə məlumatda bildirilir.

 
 
7news.Az

Xəbər lenti