AZƏRBAYCAN JURNALİSTLƏRİNİN VII QURULTAYI KEÇİRİLƏCƏK - QƏRAR VERİLDİ

AZƏRBAYCAN JURNALİSTLƏRİNİN VII QURULTAYI KEÇİRİLƏCƏK - QƏRAR VERİLDİ
Azərbaycan jurnalistlərinin növbəti VII qurultayı keçiriləcək. Bu gün Azərbaycan Mətbuat Şurası(MŞ) İdarə heyətinin yığıncağında qərar qəbul olunub. 
7News.az xəbər verir ki, növbəti qurultayın təşkili üçün işçi qrup yaradılıb. MŞ idarə heyəti üzvləri qurultayın təşkili üzrə işçi qrupuna seçilib. Bu barədə yığıncaqda MŞ sədri, millət vəkili Əflatun Amaşov məlumat verib. 
O, qeyd edib ki, jurnalistlərin növbəti qurultayı 2018-ci ilin martın birinci on günlüyündə keçirilməsi nəzərdə tutulub. MŞ haqqında nizamnamənin tələbinə uyğun keçirləcək, idarə heyətinin yeni üzvləri seçiləcək. Və qarşıda duran vəzifələr müzakirə olunacaq.


Xəbər lenti