Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun könüllülərdən ibarət növbəti klubu təsis olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun könüllülərdən ibarət növbəti klubu təsis olunub.

Fondun Beynəlxalq layihələr sektorunun nəzdində fəaliyyət göstərəcək "Diplomatlar” Klubu müxtəlif universitetlərin tələbələrinin, gənc mütəxəssislərin çoxsaylı müraciətləri əsasında yaradılıb.

Əsasən universitetlərin beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadr hazırlığı həyata keçirən fakültələrində təhsil alan tələbələrin cəlb olunduğu klubun üzvləri Bilik Fondunun icaçı direktoru Oktay Səmədovla görüşüblər. Görüşdə "Diplomatlar" Klubunun təsis edildiyi elan olunub, perspektivə hesablanan fikir mübadiləsi aparılıb.

Görüşdə vurğulanıb ki, "Diplomatlar" klubu gənclərin ictimai-siyasi fəallığının artırılması, dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq nüfuzu daim artan dövlətimizin dünya siyasi arenasında yeri və rolunun təbliği, xarici ölkələrin, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşlərin keçirilməsi, tanınmış azərbaycanlı diplomatların təcrübəsinin öyrənilməsi, beynəlxalq münasibətlərin aktual problemləri ətrafında mütəxəssislərin iştirakı ilə müzakirələr və "dəyirmi masa”ların, gənclər arasında intellektual müsabiqələrin təşkili məqsədi ilə yaradılıb.

Xəbər lenti