Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq

Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq

Azərbaycan və Belarus Türkiyədə birgə traktor zavodu açacaq. Bu barədə Minskdə iki ölkənin hökumətlərarası iclasında məlumat verilib.

7News.Az "Mir24” telekanalına istinadən xəbər verir ki, zavodun tikintisi artıq başa çatdırılıb.

Görüş iştirakçıları qeyd ediblər ki, ilk traktorlar bu ilin birinci rübündə yığılacaq. Ümumilikdə, 2018-ci ilin yekununa görə, iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artaraq 160 milyon dollardan çox təşkil edib.

"Biz digər sahələrdə də əməkdaşlığı genişləndirməliyik. Sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət veririk”, - deyə Belarus Respublikasının baş nazirinin müavini Mixail Rusıy bildirib.

İclasda qeyd edilib ki, Belarus bu il Azərbaycana 300 traktor və 30 kombayn göndərəcək.

7News.Az

Xəbər lenti