Azərbaycan və Rusiya Qafqazda vahid dağ xizəyi klasteri hazırlaya bilər

Azərbaycan və Rusiya Qafqazda vahid dağ xizəyi klasteri hazırlaya bilər

Qafqazda vahid dağ xizəyi klasteri hazırlana bilər. Bura nəinki Şimali Qafqaz federal dairəsinin, eyni zamanda, Azərbaycanın kurortları da daxil ediləcək. 

7News.Az xəbər verir ki, bununla bağlı "Şimali Qafqaz Kurortları” səhmdar cəmiyyətinin direktorunun müavini Rüstəm Tapayeviqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasından sonra məlumat verib. 

Onun sözlərinə görə, dünyada turizm sahəsində belə əməkdaşlıqlar mövcuddur. Misal üçün, Avstriya tərəfindən "Tiral”, İsveç tərəfindən isə "Samnaun” kurortlarında dağ xizəyi klasteri mövcuddur. Bu, turistlərə müxtəlif ölkələrdə yerləşən kurortlar arasında xizək sürmək imkanı yaradır.

Bundan başqa, Azərbaycan tərəfi ilə "Şimali Qafqaz Kurortları” şirkəti arasında Xəzər dənizində sahil klasterinin də inkişaf etdirilməsi mümkündür. Bununla, Xəzər dənizində gəzintilər daxil olmaqla, müxtəlif turist marşrutları təşkil etmək olar.

7News.Az

Xəbər lenti