Azərbaycan xalçaları Almaniyada nümayiş olunur – FOTO

Azərbaycan xalçaları Almaniyada nümayiş olunur – FOTO

Azərbaycan xalçaları Almaniyanın Hannover şəhərində keçirilən "DOMOTEX” beynəlxalq satış sərgisində nümayiş etdirilir. 

Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri - İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları nümayiş olunur.

Məlumata görə, ilk dəfə Hannover sərgisində iştirak edən "Azərxalça”nın məhsullarını sərgi iştirakçıları böyük maraqla qarşılayıblar.

Sərgidə iştirak edən nümayəndə heyətinə "Azərxalça” ASC-nin sədr müavini Orxan Rzayev rəhbərlik edir. 

Sərgi yanvarın 17-dək davam edəcək.

Qeyd edək ki, "DOMOTEX” beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri, interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində bir araya gəlirlər.  /report

 

7news.Az

 

Xəbər lenti