Azərbaycan yolların keyfiyyətinə görə dünya – REYTİNQİNDƏ

Azərbaycan yolların keyfiyyətinə görə dünya – REYTİNQİNDƏ

Azərbaycan yolların keyfiyyətinə görə dünya reytinqində 36-cı yerdədir. 

7news.Az-ın məlumatına görə, bu barədə Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hazırlanmış hesabatda deyilir.

Region ölkələrindən Türkiyə 30-cu, İran-71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü pillədə qərarlaşıb. Azərbaycan yolların keyfiyyəti baxımından MDB ölkələri arasında birinci olub.

Ümumilikdə isə dünyada ən yaxşı yollar BƏƏ, Sinqapur və İsveçrədədir.  

Dünyanın ən pis yolları Mavritaniya (2 bal), Konqo Demokratik Respublikası və Haitidədir (hər ikisi 2,1 bal).

7news.Az

Xəbər lenti