Azərbaycana qayıqla narkotik gətirənlər tutuldu

Azərbaycana qayıqla narkotik gətirənlər tutuldu

İrandan narkotik keçirmək istəyən 2 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) 7News.Az-a verilən məlumata görə, noyabrın 4-də saat 15:25 radələrində DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonu Şahağacı kəndi istiqamətində İİR-dən AR-ə doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkar edil­ib.

Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanıb və İİR sularına doğru geri üzüb. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarə­tə götürülüb. 2018-ci ilin 5 noyabr tarixində saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinat­lar­da suya keçirilmiş baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi açılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

7News.Az

Xəbər lenti