Azərbaycanda alqı-satqı saytında şok elan: "Uşaq verilir" - FOTO

Azərbaycanda alqı-satqı saytında şok elan:

Azərbaycanda tanınmış alqı-satqı saytlarından olan lalafo.az-da şok effekti doğuran qəribə elan yerləşdirilib.

Aprelin 17-də, saat 12:04-də saytda yerləşdirilmiş elanda dörd körpə uşaq şəkli yerləşdirilib və üzərində də "uşaq verilir" yazılıb



Elanda satıcının əlaqə nömrəsi göstərilsə də, başqa məlumatlar yer almır.

 Sualımızı cavablandıran telefonun sahibi olan xanım qeyd edib ki, onun bu elandan xəbəri yoxdur və bunu evin yeniyetmə uşağı zarafat üçün edib: "Bunu uşaq edib, guya zarafat üçün. Buna görə də nə qədər əsəbiləşmişik. Onu danlamışıq. Biz elanı siləcəyik. Bunu ciddi qəbul etməyin. Sadəcə, uşağın bilmədən etdiyi zarafatdır".
7news.Az

Xəbər lenti