Sabirabadda bir ailə məhv oldu: Günahkar kimdir? - EKSPERT RƏYİ

Sabirabadda bir ailə məhv oldu: Günahkar kimdir? - EKSPERT RƏYİ
Bu gün Sabirabadın Şəhriyar kəndində 6 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən traktor qəzası baş verib. Hadisə nəticəsində Bağırovalar bir ailənin üzvüdür. Fatimə və Zəhra Bağırovalar bacı, Elnarə Bağırova isə onların anasıdır. Ölən bacılar isə əkizdir. Onlar kəndin qırağında yerləşən pay torpaqlarını becərməyə gediblər. Yolda lapet kanala aşıb. Bunun günahkarı kimdir? İlk olaraq traktorun sürücüsü və buna göz yuman Sabirabad rayon İcra Hakimiyyətinin başçısı və işçilərin daşımaya nəzarət edən dövlət qurumlarıdır!!!

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, əmək müəssislərində təhlükəsizlik qaydalarına dair təlimatlar var: "Təbii ki, onlardan biri də müvafiq iş yerlərində çalışan işçilərin iş yerlərinə daşınması ilə bağlıdır. Belə ki, bəzi insanlar çalışdıqları iş yerlərinə ya özləri gedir, ya da işəgötürənlə işçinin qarşılıqlı razılığı əsasında (hüquqi və fiziki şəxslərin) kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri ilə işə gətirilir. Bir şərtlə ki, nəqliyyat vasitələri yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməlidir. Amma çox vaxt buna əməl olunmur, nəticədə isə belə üzücü hadisələr baş verir”.  

Sahib Məmmədov Sabirabadın Şəhriyar kəndində baş verən məlum qəzada ölənlərin əmək müqaviləsinin olub-olmadığı barədə onda hər hansı bir məlumatın olmadığını bildirib: "Qaydalara uyğun olaraq əmək müqaviləsi varsa, onlar icbari sığorta olunmalıdır. Belə ki, qəza baş verərsə, yəni işçi yaralanarsa və ya ölərsə işəgötürə tərəfindən kompensasiya ödənişlərinin verilməsi təmin edilməlidir”.

Sahib Məmmədov qeyd edib ki, işçilərin daşınması prosesinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında. Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət etməlidir: "Amma prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların 2015-ci il noyabrın 1-dən prosesin 2 il müddətinə dayandırılması haqda qanunvericilik təşəbbüsü ilə çıxış edib. Buna görə də heç bir yoxlamalar aparılmır. Yalnız vətəndaşların şikayətləri əsasında hər hansı bir araşdırma aparmaq mümkündür. Hazırda baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi başlanılacaq. Sonda kimin günahkar olduğu məlum olacaq və həmin şəxs də öz cəzasını alacaq”.
 
7news.Az

Xəbər lenti