Azərbaycanda cinsi bilinməyən uşaq dünyaya gəldi: Cinsiyyət orqanının ucunda...

Azərbaycanda cinsi bilinməyən uşaq dünyaya gəldi: Cinsiyyət orqanının ucunda...
Azərbaycanda cinsiyyəti məlum olmayan uşaq dünyaya gəlib.

7News.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə uroloq-cərrah Fuad Hüseynov məlumat verib.

Uroloq-cərrahın sözlərinə görə, uşağın cinsiyyətini təyin etmək üçün xromosom və digər analizlər götürülüb: "Uşağın xayaları yerində deyildi. Bu səbəbdən Mərkəzi Klinikanın uşaq endokrinoloqu Ülkər Seyidova tərəfindən cinsiyyəti təyin etmək üçün xromosom və digər analizlər istənilib. Analizə görə, doğulan uşaq oğlandır və ciddi endokrinoloji problem aşkarlanmayıb. Ona hipospadiyanın (anadangəlmə yarım sünnətli ) ən ağır formalarından biri olan perineal tip hipospadiya diaqnozu qoyulub. Yəni sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna yox, xayaların ortasına açılır,cinsiyyət orqanının ölçüsü olduqca kiçikdir və aşağıya doğru əyilib. İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi alıb".

Fuad Hüseynov qeyd edib ki, uşaq 1 yaşında ilk etap əməliyyatını uğurla bitirib: "İlk etapda xayanı qasıq kanalından xayalığa normal yerinə endirdik, cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük.

Hazırda uşaq evlərindədir, 2-ci seans əməliyyatını gözləyir".
 
7News.Az

Xəbər lenti