Azərbaycanda dəhşət: 16 yaşlı qız qaçırıldı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO

Azərbaycanda dəhşət: 16 yaşlı qız qaçırıldı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Ucar rayonunun Bərgüşad kəndində dəhşətli hadisə baş verib.

7News.Az moderator.az-a istinadən xəbər verir ki, yanvar ayının 7-də 16 yaşlı məktəbli qız 30 yaşlı kişi tərəfindən qaçırılaraq təcavüzə məruz qalıb. Bu haqda məlumatı "Səni axtarıram" verilişində qaçırılan məktəblinin nənəsi Səadət Məmmədova səsləndirib. Onun sözlərinə görə, məktəbli dərsdən çıxarkən Zamin Muradov, qardaşı Fazil Muradov və qardaşının həyat yoldaşı Xatirə Muradovayla birlikdə azyaşlını zorla qaçırıb. Məlumata görə, məktəbli qızı qaçıran şəxs atasının əmisi oğludur. 

Verilişə müraciət edən nənə hüquq mühafizə orqanlarına məlumat verildiyini və ailəsinin qarşı tərəfdən təhdid olunduğunu bildirib. Qadının sözlərinə görə, qızı qaçıran şəxslər "ləkəni" silmək adı ilə qarşı tərəfi barışığa razı salıb. Amma nənə nəvəsinin təhsil alması üçün çalışdığını, günahkarların cəzalandırılmasını istəyir. 

 

7News.Az

Xəbər lenti

, vurğulamaq, hissi', ), ), ); ?>