Azərbaycanda dil siyasəti: RUS DİLİ BU GÜN – ZAHİR ƏSƏD YAZIR

Azərbaycanda dil siyasəti: RUS DİLİ BU GÜN – ZAHİR ƏSƏD YAZIR

Dil və xalqın əlaqəsini hələ XIX əsrin ortalarında məşhur alman alimi və mütəfəkkiri Vilhelm fon Humboldt dəqiq ifadə etmişdir. O, dili xalqın ruhu adlandırmış, millətin adət və ənənələrinin, mili dəyərlərinin və mədəniyyətinin dildə əks olunmasını, məhz millətin dil vasitəsilə formalaşmasını qeyd etmişdir. Bütün dünya tarixi təcrübəsi göstərir ki, mədəniyyətlərin, dövlətlərin və xalqların yer üzündən silinməsi həmişə onun dilinin itirilməsi, linqvistik kapitulyasiyanın qarşısında aciz qalmasından başlayır. Dilin itirilməsi ilə xalq öz bənzərsizliyini, özünəməxsus mədəniyyətini, öz mentalitetini dərk etməkdən uzaqlaşır.

 

Sovet İttifaqı dağıldıqdan sonra əski sovet respublikaları suveren inkişaf yolunu seçdilər və praktiki olaraq əvvəldən elə çoxmillətli olan bütün bu dövlətlərdə yaşayan müxtəlif xalqların dillərinə qanuni tərtibat verilməsi, dövlətin fəaliyyətində rəsmi dilin olması və işlənmə dairəsini müəyyənləşdirmək məsələləri gündəmə gəldi. Eyniliklə bütün bu kimi məsələlər mili özünüdərketmənin prinsipləri ilə sıx bağlı olan dövlət dili haqqında qanunun qəbul edilməsi məsələsini də ön plana çəkdi. Azərbaycan bütün bu hadisələrdən uzaqda qalmadı və suverenlik əldə etdikdən sonra uğurlu dil siyasətinin təmin etməyə qadir oldu.

Hal-hazırda MDB-nin əksər dövlətlərində rus dilin dominant ünsiyyət vasitəsi kimi mövcudluğunun artıq itirilməsi tendensiyası yaranmışdır. Rus dilinin keçmiş sovet və indiki MDB məkanında yerini və rolunu təhlil edən rus dilçi-sosioloqu V.M.Şaklein hesab edir ki, Sovet İttifaqının dağılması rus mədəniyyəti və rus dilinin mövqelərini çox güclü zərbə vurdu: özünün qloballaşdırma funksiyasını itirən rus linqvomədəniyyəti gözlənilmədən hamı üçün artıq və qalıq kimi anlaşıldı. Rus dilinin millətlərarası ünsiyyət vasitəsi kimi resurslarından danışan tədqiqatçı pessimist düşüncələrə qatılaraq, rus dili və mədəniyyətinin tədricən MDB və Baltika məkanından da tamamilə silinməsi təmayülünü inadkarlıqla qeyd edir. Əlbəttə, V.M.Şakleinin bu fikirlərini heç də bütün MDB ölkələrinə aid etmək olmaz. Ola bilsin bir çox MDB ölkələrində rus dili mili azlıqların dilinə çevrilib, digər millətlərarası ünsiyyət vasitəsilə müqayisədə daha aşağı sosial imicdə fəaliyyət göstərir, amma Azərbaycanda mövcud olan dil şəraiti heç də belə deyil. Məlum olduğu kimi, Azərbaycan uzun bir müddət ərzində rus dili məkanına daxil idi və bu səbəbdən də əhalinin əksər hissəsi rus dili daha yaxından mənimsəmişdi. Azərbaycanda rus dili dövlət dilindən sonra funksional baxımdan ikinci dərəcəli dil kimi sosial-iqtisadi, elmi-mədəni və ictimai sahələrdə işlənməkdə davam edir.

Yerigəlmişkən, bir məqamıdaqeydedək. «Milli, etnik, dini dilazlıqlarınaaidolanşəxslərinhüquqlarıhaqqındaDeklarasiya»da deyilir:

1.Dövlətlərözərazilərindəmiliyaetnik, mədəni, dinidilazlıqlarınınmövcudluğunuxüsusiyyətləriniqorumalı, onların mili xüsusiyyətlərinininkişafınaşəraityaratmalıdırlar (maddə 1.1.);

2.Buməqsədlərihəyatakeçirməküçündövlətlərmüvafiqhüquqidigərtədbirlərhəyatakeçirməlidirlər (maddə 1.2.);

3.Mili yaetnik, dini dilazlıqlarınaaidolanşəxslər (sonradan azlıqlara aid olanşəxslər) öz mədəniyyətlərindəndəyərlənmək, öz dinlərinəitaətetməkdiniayinlərinikeçirmək, həm özdillərinişəxsihəyatdacəmiyyətarasındaazadmüdaxiləedilmədənyahərhansıbirformadadiskriminasiyayaməruzqalmadanişlətməkhüquqlarınamalikdirlər (maddə 2.1.).

Ha-hazırda rus dilimiliazlıqlarlaqrızlar, ləzgilər, udinlər, avarlar, ceklər, tsaxurlar, yəhudilər, inqiloylar, kaputlinlər s. iləzənginolanAzərbaycandövlətininapardığıdilsiyasətininayrılmazhissəsidir. Məhz bu məqamın nəzərə alınması Azərbaycanın apardığı dil siyasətində vacib amillərdən biridir. Azərbaycan Respublikasında mili azlıqlar – Azərbaycanın mili dəyəri, tarixi-mədəni irsidirlər və daim dövlətin qayğısı və müdafiəsi altındadırlar. Azərbaycan dövlətinin apardığı dil siyasəti hər bir vətəndaşın onun sosial və mülki durumundan, irqi və mili mənsubiyyətindən, cinsindən, təhsilindən, dini etiqadı və yaşayış yerindən asılı olmayaraq, suveren dil hüquqlarını tanıyır və dəstəkləyir. Azərbaycan qanunvericiliyi vəAzərbaycanın Konstitusiyası Azərbaycan vətəndaşlarının dil mənsubiyyətinə varmadan əsas siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının həyata keçirilməsinin qarantıdır. Hər hansı bir dili bilməmək onun dil hüquqlarını məhdudlaşdıra bilməz. Azərbaycan qanunvericiliynə görə Azərbaycan dili onun bütün ərazisində, əsas əhalinin etnik azlıqlardan olan regionlarında da, vahid dövlət dilidir.

Məlum olduğu kimi, dil siyasətinin əsas və çətin problemlərindən biri təhsil və elm sahəsində dillərin funksionlallaşmasıdır. Fikrimizcə, dil siyasəti elə dövlət təhsil siyasətinin əsas aspektlərindən biridir, çünki dövlətin dil siyasəti onun təhsil sistemlərindən keçərək realizə olunur. Bubaxımdan şagird və tələbə kontingentinin universal və qlobal dəyərlərin mənimsənilməsi, onlarda ünsiyyət formalarının aşılanması, mədəniyyətlərin vədillərin dialoqları çərçivəsində bir şəxs kimi formalaşması mühüm məsələlərdəndir.

Qeydetdiyimizaspektdənqısabirtarixənəzərsalaq. Hələ 1972-ciildəozamankirespublikanınrəhbəri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə M.F.AxundovadınaRusdiliədəbiyyatıİnstitununyaradılması, sonralar isə yenəAzərbaycanxalqınınmənəfiatasıHeydərƏliyevintəşəbbüsüiləhəminİnstitutunbazasıəsasındadahagenişelmitədrisspektrliBakıSlavyanUniversitetinintəsisedilməsibirdaharusdilininAzərbaycanRespublikasındahəmişəmühümyerimövqeyiolmasındandəlalətedir. Bubaxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir başa şəxsi təşəbbüsü və dəstəyi nəticəsində 2008-ci ildə respublikamızda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması, həmçinin Rusiya Federasiyası və Azərbaycan Xarici İşlər Nazirləri cənab Sergey Lavrov və cənab Elmar Məmmədyarovun iştirakı ilə «Rusiya mədəni-informasiya Mərkəzi»nin təsis edilməsi dövlətimizin çox sərrast dil siyasəti aparmasına, respublikamızda etnik azlıqlara qarşı tolerantlıq, yüksək qayğı və diqqətin olmasının tərənnümüdür.

Maraqıdır ki, hal-hazırda Qafqaz ölkələrində və bir neçə MDB ölkələrində rus dili və mədəniyyətini dərindən öyrənən və araşdıran institutlar mövcud deyil. Deməli, Azərbaycan xalqının rus dilinə olan münasibəti tarixən ümummilli mənəviyyat daxilində, xalqımızın əxlaq-ədəb potensialı çərçivəsində formalaşmışdır. Rus dili və mədəniyyətinin öyrənilməsi və, ümumiyyətlə, rus dilinə hər hansı bir müraciət, ölkəmizdə məhz bu müddəalarla şərtləndirilmişdir.

Azərbaycan Respublikasında hal-hazırda mövcud dil şəraitini bu cür təsvir etmək olar:

1.Azərbaycan dilinin mütləq formada dövlət dili kimi funksionallaşması;

2.Respublikamızda tədris dili rus dilində olan ali, ümumtəhsil orta təhsil müəssisələrinin olması;

3.Rus dilində ictimai-siyasi, informasiya-teleqraf İnternet agentliklərinin fəaliyyət göstərməsi;

4.Uzun illər sovet dəyər siyasətinin daşıyıcısı olan rus dili tədricən sovet ideologiyası ilə eyniləşdirilməsindən uzaqlaşması;

5.Siyasi, iqtisadi, ideoloji faktorların təsiri nəticəsində ingilis dilinin cəmiyyətimizdə, təhsil ictimai-siyasi fəaliyyətimizdə tədricən rolunun yerinin möhkəmləndirilməsi;

6.Üç dilli sisteminin formalaşması: Azərbaycan dili dövlət dili mili dil kimi, rus dili xarici dil (ingilis, alman, fransız ya rus dilinin özü və ya başqa bir xarici dil).

Bir müqayisə aparaq. Hal-hazırda Azərbaycanda, Gürcüstan və Ermənistandan fərqli olaraq, şagirdlərin rus dili seksiyalarında könüllü təhsil alması geniş vüsət almışdır. Ermənistanda olan dil durumunu və rus dilinə qarşı yönəldilən Ermənistan dövlətinin siyasətini təhlil edən sosioloq S.Martirosyan, yazır ki, Ermənistanda xüsusi olaraq «Hökumət daxilində Dil üzrə Komitə» yaradılmışdır. Bu Komitə və onun komissarları gecə-gündüz erməni uşaqlarının rus bölmələrində təhsil almalarının qarşısını almaq üçün, erməni ailələrinə təcavüz edirlər. Faktiki olaraq, erməni uşağının rus bölməsində təhsil almasına yalnız bir şərtlə icazə verilir – uşağın valideyninin biri Rusiya Federasiyasının vətəndaşı və ya milliyətcə rus olduğu tədqirdə. Digər bütün hallarda rus siniflərinə erməni övladlarının verilməsi qəti qadağan olunur. Komitənin komissarları mütəmadi olaraq bütün orta məktəblərin rus bölmələrinə daxtl olaraq yoxlamalar aparır, aşkar etdikləri «arzuolunmaz» şagirdləri dərhal yerində elə sinifdən kənarlaşdırırlar. Sonra S.Martirosyan qeyd edir ki, Komitə komissarları ilə dil tapmağın bu halda yeganə yolu – korrupsiyadır ki, bu da Btün Ermənistanı bürümüşdür. S. Martirosyanın gətirdiyi statistikaya görə bütün Ermənistanda yalnız İrəvan şəhərində 70 şagirdin təhsil aldığı cəmi bir rus məktəbi var, o da ki, özəldir. Ermənistanda yaşayan rusların sayına gəldikdə isə, S. Martirosyan, yəqin ki, xəcalətindən, rəqəmlə yox, faizlə göstərməyə üstünlük verir – cəmi 1,5 %.

Faktlara nəzər salaq.

Bu gün Azərbaycanda vətəndaşların hələ də rus dilində orta və ali təhsil almaq imkanı vardır.

Bu gün Azərbaycanda bir çox uşaq baxçalarında,ümumtəhsil məktəblərində, orta təhsil məktəblərində minlərlə uşaq və şagird rus dilində təlim-tərbiyə və təhsil alır.

Bu gün Azərbaycanda yeüz minlərlə şagird rus dilini xarici dil kimi öyrənir.

Bu gün Azərbaycanda yüz mindən çoxşagird orta məktəbdə təhsilini rus dilində alırlar.

Bu gün Azərbaycanda minlərlə tələbə ali məktəb sektorunda təhsilini rus dilində alır və rus dilini müstəqil fənn kimi öyrənir.

Bu gün Azərbaycanda xüsusi təyinatlı orta məktəblərinin 74 %-i, texniki peşə məktəblərinin 97 %-i rus dilini fənn kimi tədris edir.

Ölkədə olan bu cür dil şəraiti obyektiv səbəblərdən irəli gəlir: rus dilində tədris və təhsili hal-hazırda nəinki rus dilini bilən və ya rus millətindən olan valideynlərin tövsiyəsi ilə seçilir, həm də ona görə ki, indiyədək ölkədə rus dilinin geniş informasiya-kommunkasiya, elmi-texniki və mədəni-iqtisadi imkanlarından istifadə olunur. Qeyd edək ki, ölkənin müxtəlif ictimai və elmi fəaliyyətinin bir çox sahələri, həm də tərcümə edilmiş elmi və bədii ədəbiyyat fondunun əsas hissəsi rus dilindədir. Azərbaycan ali məktəblərinin xarici dil və xarici ədəbiyyat tədris edilən fakültələrində əsas ədəbiyyatın böyük qismi rus dilindədir. Gördüyümüz kimi, ümumi dünya informasiya axınında informasiya-kommunikasiya resurslarının əldə edilməsində rus dilinin rolu kifayət qədər böyükdür.

Rusiya Federasiyası XİN-nin hesabatına görə, «Azərbaycanda rus dilini bilənlərin sayı əhalinin 70 %-ni təşkil edir, yəni təxminən 5,5 mln. nəfər (onlardan yalnız 150 min nəfəri etnik ruslardır). Orta məktəb sektorunda rus dilində 125 min tələbə oxuyur ki, bu da ümumi orta təhsil alanların 13 %-ni təşkil edir. Ölkənin 2783 ümumtəhsil məktəblərinin 379-da təhsil azərbaycan və rus dillərində eyni zamanda aparılır. Respublikanın 18 ali məktəbində, 17 Rusiya ali məktəblərinin filiallarında, 38 xüsusi təyinatlı orta təhsil müəssisələrində 20 min tələbə təhsilini rus dilində alır… Qeydə alınmış 493 kütləvi informasiya vasitələrinin 50-i rus dilində fəaliyyət göstərir, onlardan "Panorama", "Ejednevnıe novosti", "Nedelya” kimi qəzetlər ən böyük tirajla çap olunur…».

«Rus kitab evi»nin təntənəli açılışında Rusiya Federasiyasının Prezident Administrasiyasının rəhbəri cənab Sergey Narışkin xüsusi olaraq bir faktı qeyd etdi ki, «Azərbaycanın 140 min əhalisi təhsilini rus dilində alır, respublikada 50 qəzet və jurnal rus dilində çap olunur, 7 informasiya agentliyi rus dilində fəaliyyət göstərir». Azərbaycan və Rusiya arasında mədəni-humanitar əlaqələrin inkişafında atılan mühüm addımlardan S.Nariışkin Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılışını və 2009-cu ili Rusiyada Azərbaycan ili, Azərbaycanda Rusiya ili elan edilməsini qeyd etdi. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev isə, «ölkədə rus əhalisinin 160 min nəfərdən çox olduğunu vurğulayaraq», qeyd etdi ki, «ruslar, digər mili azlıqlarla yanaşı, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər».

Hal-hazırda Azərbaycanda dil şəaritini, fikrimizcə, bu cür xarakterizə etmək olar: polietnik və multikultural Azərbaycan cəmiyyəti rus dilinin və rus etnomədəniyyətinin saxlanılmasında və inkişafında maraqlıdır. Eyni zamanda dövlətin rəsmi dilini bilmək Azərbaycan vətəndaşlarının nəinki borcu, həm də hüququdur. Göründüyü kimi, Azərbaycanın dil siyasəti ölkədə yaşayan mili-etnik azlıqlara və milli dillərə, xüsusi olaraq isə rus dilinə qarşı sonsuz tolerantlıq, hörmət və ehtiramla, multukultural münasibətlərin mövcudluğu ilə xarakterizə olunur.

 

Dosent Zahir Vahid oğlu Əsədov

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin

Bakı filialının əməkdaşı

Xəbər lenti