Azərbaycanda gənclər kanalı yaradılacaq

Azərbaycanda gənclər kanalı yaradılacaq
Azərbaycanda internet televizisiyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur.

7News.Az marja-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.

Layihəyə əsasən, "e-gənclik” elektron xidmət və informasiya portalı resursunun yaradılması planlaşdırılır.

Eyni zamanda, 2019-2022-ci illərdə istedadlı və yaradıcı gənclərin əməyinin stimullaşdırılması, gənclər üçün aktual olan məsələlərin həlli, gənclərin qeyri-hökumət təşkilatlarının işində iştirakını stimullaşdırılması gənclər siyasətinin əsas istiqamətlərindən olacaq.
 

7News.Az

Xəbər lenti