Azərbaycanda İcra Hakimiyyətinin maşını qəzaya düşdü – 4 nəfər yaralandı – VİDEO

Azərbaycanda İcra Hakimiyyətinin maşını qəzaya düşdü – 4 nəfər yaralandı – VİDEO
Ötən gün Ələt-Astara avtomobil yolunda baş verən hadisənin görüntüləri ortaya çıxıb.

Primetime.az-a daxil olan məlumata görə, 47-AA-081 dövlət nömrə nişanlı "Renault” markalı avtomobil qəzaya düşüb. Hadisə şahidərinin saytımıza verdiyi məlumata görə, həmin avtomobil Neftçala Rayon İcra Hakimiyyətinə aiddir.

Qeyd edək ki, həmin qəza ilə bağlı "Report”da yer alan məlumata görə, Salyan rayonunda baş verən hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Bunlar Neftçala rayon sakinləri – 1956-cı il təvəllüdlü Mircəfər Mircabbar oğlu Ağalarov, onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mirvari Mirəhməd qızı Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Abduləli qızı Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Həsən qızı Cəfərovadır.

Sizə həmin qəzanın görüntülərini təqdim edirik:

 

7News.Az

Xəbər lenti