Azərbaycanda iqtisadi amnistiya mexanizmi yaradılacaq

Azərbaycanda iqtisadi amnistiya mexanizmi yaradılacaq

Azərbaycanda idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizmi yaradılacaq.

7news.Az  APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

 

Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi müəyyənləşib. Beləliklə, bu il dekabrın 1-dək Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizminin işlənməsini təmin etməlidirlər.

 
7news.Az

Xəbər lenti