Azərbaycanda məmur vəzifəsindən çıxarıldı: Yeni başçıdan ƏMR - FOTO

Azərbaycanda məmur vəzifəsindən çıxarıldı: Yeni başçıdan ƏMR - FOTO
Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısı Asif Ağayev sələfi Vaqif Abdullayevin yaxın kadrını vəzifəsindən azad edib.

 Asif Ağayevin müvafiq əmri ilə, başçının köməkçisi vəzifəsində çalışan Məmmədov Tofiq Canbaxış oğlu vəzifəsindən kənarlaşdırılıb. Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısının digər əmri ilə, Tofiq Məmmədov İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsinə təyin olunub. Hələlik Beyləqan rayon İcra hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, xəbəri Beyləqan rayon İcra hakimiyyətindən təsdiqləyiblər./big
Azərbaycanda məmur vəzifəsindən çıxarıldı: Yeni başçıdan ƏMR - FOTO

 
 

7News.Az

Xəbər lenti