Azərbaycanda naməlum varlıq - İNSANLAR QORXUDA - VİDEO

Azərbaycanda naməlum varlıq - İNSANLAR QORXUDA - VİDEO

Cəlilabaddan sonra İsmayıllıda da qeyri-adi hadisə baş verir. Evlərə girən naməlum şəxslər əşyaları dağıdır və sakinləri qorxudurlar. Hətta həmin şəxsləri gördüklərini iddia edənlər də var. Təşvişə düşən insanlar polisə də məlumat veriblər.

Sakinlərin dediklərinə görə, 1 aydan çoxdur kimlərsə gecə saatlarında evlərə girib əşyaları dağıdırlar. Lakin heç nə oğurlamırlar. Onların sözlərinə görə, son bir neçə gündə həmin insanlar gündüz də peyda olurlar.

Mübariz Orucov küçəsində yaşayan Səməd Səmədov da həmin şəxsi gördüyünü deyir . Onun sözlərinə görə, naməlum şəxs uzun boylu və uzun saqqallıdır.

Rayon ərazisində baş verən qəribə hadisə ilə bağlı polisə məlumat verilib. Sakinlərin dedikləri ərazilər polis tərəfindən nəzarətə götürülüb. Hadisə araşdırılır.

7News.Az

Xəbər lenti