Azərbaycanda qəbirlərdən GÖRÜN NƏLƏR ÇIXDI

Azərbaycanda qəbirlərdən GÖRÜN NƏLƏR ÇIXDI
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları e.ə. I minilliyin birinci yarısına aid nəfis zinət məmulatları aşkar edib.

İnstitutdan 7news.Az-a verilən məlumata görə, elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərliyi ilə bu yaxınlarda Gəncə-Qazax bölgəsində Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyəti yoxlanılıb, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsi müəyyənləşdirilib. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınıb.
 

Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində qızıldan və tuncdan hazırlanmış bəzək əşyaları aşkar edilib. Bunlar olduqca yüksək ustalıqla, nəfis hazırlanmış bir cüt sırğa, üzük, armudvari və boru şəkilli muncuqlar və asma bəzək əşyalarıdır. Üzüyün qaşı və üstü, asma bəzəklər minerallarla bəzədilib. Bu əşyalarla yanaşı abidənin dövrünü müəyyən etmək üçün başlıca tapıntılar – saxsı qabların fraqmentlərindən ibarət keramika məmulatı əsasında həmin bəzək nümunələrini erkən dəmir dövrünə - e.ə. I minilliyin birinci yarısına aid etmək olar. Eyni zamanda bu bəzəklərin bəzi analogiyaları sonrakı antik dövrdən də məlumdur. Bütün bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir.
Azərbaycanda qəbirlərdən GÖRÜN NƏLƏR ÇIXDI
Azərbaycanda qəbirlərdən GÖRÜN NƏLƏR ÇIXDI

7news.Az

Xəbər lenti