Azərbaycanın təbii qaz ixracından gəlirləri artıb

Azərbaycanın təbii qaz ixracından gəlirləri artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 570 mln. 337,12 min ABŞ dolları dəyərində 3 mlrd. 101 mln. 025,02 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə 7news.Az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu ilin altı ayında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 2,5% az, dəyəri isə 8% çoxdur.

Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 6,58%-ni təşkil edib.

7news.Az

Xəbər lenti