Azərbaycanlı konsul ABŞ Dövlət Departamentinin səfiri ilə görüşüb - FOTO

Azərbaycanlı konsul ABŞ Dövlət Departamentinin səfiri ilə görüşüb - FOTO

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Yuta ştatında keçirilən beynəlxalq simpozium çərçivəsində 8 oktyabr 2018-ci il tarixində ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri (beynəlxalq dini azadlıqlar) Səm Braunbək ilə görüşüb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan 7News.Az-a verilən məlumata görə, görüşdə baş konsul N.Ağayev Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri haqqında ətraflı məlumat verərək, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini vurğulayıb. N.Ağayev, bu gün Azərbaycanda multikulturalizm və dinlərarası harmoniyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Sonra tərəflər bu və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Səm Braunbək (Sam Brownback) 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.

7News.Az

Azərbaycanlı konsul ABŞ Dövlət Departamentinin səfiri ilə görüşüb - FOTO

Azərbaycanlı konsul ABŞ Dövlət Departamentinin səfiri ilə görüşüb - FOTO

Xəbər lenti