Atatürk Hava Limanında baş verən terror Azərbaycan yığmasına problem yaradıb

Atatürk Hava Limanında baş verən terror Azərbaycan yığmasına problem yaradıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasının finalı öncəsi problemlə üzləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, bir gün öncə Slovakiyaya yollanan yığmamız hələ bu ölkəyə çatmayıb.

Buna səbəb Atatürk Hava Limanında baş verən terrordu.

Belə ki, Bakıdan Türkiyəyə yollanan komandamız axşam saatlarında İstanbuldan Slovakiyaya yollanmalı idi. Lakin məlum terror millimizin səfərini təxirə salıb.

Terror zamanı komandamız Hava Limanında olmayıb.

Yığmamızın Slovakiya ilə ilk oyunu sabah keçirilməlidi.  

Artıq bu barədə Avropa Voleybol Konfederasiyana məlumat verilib. Hava Limanına yaxın yerdə qalan komandamızın stress keçirməsi və səhərə kimi yatmamağı da beynəlxalq qurumun diqqətinə çatdırılıb. Əgər millimiz gün ərzində Slovakiyaya yollanmasa, qarşılaşmanın nəzərdə tutulduğu gün üçün təxirə salınması istisna deyil. 

7News.Az

 

Xəbər lenti