Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü

Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvadakı binalardan birinin liftində qadını vəhşicəsinə öldürən şəxsi yaxalayıblar. O, azərbaycanlı sabiq polis əməkdaşıdır. 

7News.Az xəbər verir ki, bununla bağlı "İnterfaks” gizli mənbəyə istinadən məlumat yayıb. 

Bildirilib ki, saxlanılan şəxs 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rövşən Şabanovdur. 

"Məlumdur ki, o, Çertanovo rayonunda bir neçə qarət hadisəsi törədib”, - mənbə qeyd edib. 

Şabanov əməlini etiraf edib. Hadisədə şübhəli bilinən ikinci şəxsin axtarışları davam edir. 

Xatırladaq ki, hadisə noyabrın 6-sı axşam saatlarında baş verib. 52 yaşlı qadın evinin liftinə daxil olan zaman iki nəfər onun arxasınca binaya girib. 

İlkin ehtimallara görə, hadisə qarət məqsədilə törədilib. Qadının cüzdanında cəmi 2 min rubı (30 dollar - red.) olub. Qonşular bildiriblər ki, hadisə zamanı qadının qışqırıq səsini eşidiblər. 

Hazırda Şabanov Moskvadakı bazarların birində satıcı işləyir. 

7News.Az

Xəbər lenti