Azərbaycanlı seçici Ginnesin Kitabına düşə bilər

Azərbaycanlı seçici Ginnesin Kitabına düşə bilər

Çərşənbə günü, bir neçə nüfuzlu dünya KİV-i Yaponiya vətəndaşı Masadzo Nonakanı (112 yaş 259 gün) dünyanın ən yaşlı kişisi kimi tanınması barədə məqalə yazıb.

Bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

7news.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, respublika ərazisində 1900-cü il təvəllüdlü kişi yaşayır.

"Ölkə ərazisində ən yaşlı kişi seçici 118 yaşlı Qurbanov Səftər Həsən oğlu - Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək”, - deyə məlumatda bildirilir.

Belə alınır ki, Səftər Qurbanov dünyanın ən yaşlı kişisi kimi tanınan Masadzo Nonakadan yaşlıdır.

Oxu.Az-ın müxbiri Ginnesin Rekordlar Kitabının ofisindən öyrənib ki, əgər Səftər Qurbanovun nümayəndələri (qohumlarından biri - red.), təşkilatın rəsmi saytında müraciət ərizəsi yerləşdirsə, Kitabın regional əməkdaşları Qurbanova baş çəkəcəklər.

"Hər şey təsdiqlənərsə, Qurbanov yeni dünya rekordçusu ola bilər”.

7news.Az

Xəbər lenti