Azərbaycanlı tələbə Türkiyədə silinməyən yol boyası yaratdı – FOTOLAR

Azərbaycanlı tələbə Türkiyədə silinməyən yol boyası yaratdı – FOTOLAR

Türkiyədə təhsil alan 17 yaşlı azərbaycanlı Cavid Bayramlı və türkiyəli Kerem Acar kimya sahəsində yeniliyə imza atıblar.

7News.Az xəbər verir ki, "Fen Bilimleri Temel Lisesi”ndə təhsil alan gənclərin beyninə bu fikir bir gün qarşılaşdıqları yol qəzasından sonra gəlib. 

Onlar bu qəzanın silinən yol boyasına görə baş verdiyini görüblər.

Bu hadisədən sonra "Robust Dye” adını verdikləri verdikləri boyanı nanotexnologiya ilə istehsal ediblər. İlk boya istehsalına 2016-cı ildə başlayıblar və bir il müddətində məhsul tam olaraq hazırlanıb.

Boyanın istifadəsi təkcə asfalt yolları üçün deyil. Ondan təsərrüfat və heyvandarlıq sahəsində də istifadə etmək mümkündür. Bundan başqa, "Robust Dye” zərbəyə, günəşə və yağışa davamlıdır.


İstanbul Böyükşəhər Bələdiyyəsi gənclərə dəstək olmaq üçün hazırda istifadə olunan boya ilə "Robust Dye”ı müqayisə edib və əldə olunan nəticədə məlum olub ki, "Robust Dye” üç və altı ay ərzində silinən yol boyalarının ömrünü iki il və daha artıq uzadır.

TRT-də yayımlanan "Bir Fikrin mi Var?” yarışmasında beş "hə” cavabı alan "Robust Dye” yarımfinala qədər çıxıb.

Tələbələr bildirib ki, ixtiralarını yaxın 10 il ərzində bütün Türkiyənin asfalt yollarında görmək istəyirlər:

"10 il sonra Türkiyənin bütüna sfalt yollarına, havalimanlarında, quru və su nəqliyyatında fəaliyyətə keçirib satışa çıxarmaq istəyirik. O cümlədən, "Robust Dye”ın satış mərkəzini Sitlda qurmağı planlaşdırırıq”.

7News.az

Xəbər lenti