Azərbaycanlılar Kiyevdə hücuma məruz qaldılar - VİDEO

Azərbaycanlılar Kiyevdə hücuma məruz qaldılar - VİDEO

Kiyevin mərkəzində "Lokanta” türk restoranına xuliqanlar dəstə şəklində hücum ediblər, nəticədə bir neçə əcnəbi zərər çəkib.

7news.Az bu barədə QHA-ya istinadən xəbər verir.

Hadisə hələ aprelin 8-də baş verib, lakin bu haqda məlumat yeni yayılıb.

"Saat 22:00 radələrində bizdə iki gənc azərbaycanlı var idi. Həmin gün "Dinamo” stadionunun yanına cavan uşaqlardan ibarət dəstə toplanmışdı.

Kafenin yanından keçərkən onlar söyüş söydülər, azərbaycanlılar buna reaksiya verdilər.

Sonra gənclər Kreşatik metrosuna tərəf getdilər, orada 15-20 nəfər toplayaraq restorana geri qayıtdılar. Onların yaşı hardasa 15-dən 20-dək olardı”, - restoran sahibi Emre Karatepe bildirib.

Onun sözlərinə görə, azərbaycanlılar aqressiv dəstəni görərək restoranın içində gizləniblər. Restoranın işçiləri isə cavanların niyyətlərini başa düşüb onları içəriyə buraxmayıblar.

"Biz cavanları girişdə saxladıq ki, problemin məğzini öyrənək. Onların əlində bıçaqlar və futbol maçlarında istifadə edilər tüstü buraxan şaşkalar var idi”, - restoran sahibi qeyd edib.

Dəstə restoran sahiblərini müştəriləri verməyə razı sala bilməyiblər, bundan sonra gənclər aqressiv hərəkət etməyə başlayıblar. Onlar mebeli ora-bura atmağa və digər müştərilərə qarşı kobud davranmağa başlayıblar.

Hadisə nəticəsində üç hindli və bir ərəb zərər çəkib. Polis operativ hərəkət edərək bir neçə xuliqanı həbs edib.

 

7news.Az

Xəbər lenti