“Azərbaycanlılarla ermənilər...” - DƏHŞƏTLİ MÜHARİBƏ ANONSU

“Azərbaycanlılarla ermənilər...” - DƏHŞƏTLİ MÜHARİBƏ ANONSU

Rusiyada müharibə yetişir, ölkə rəhbərliyi və federal kanallar bunu gizlətməyə üstünlük verirlər.

Bu haqda İnquşetiya və Çeçenistan arasında ərazi mübadiləsindən sonra başlayan etiraz aksiyalarını şərh edən Rusiyanın müxalifət siyasətçisi Leonid Qozman "Exo Moskva” radiostansiyasının saytında yazıb.

Onun sözlərinə görə, Rusiyada hazırda İnquşetiya və Çeçenistan sakinləri arasında əsl münaqişə yetişir. Siyasətçi vəziyyətin hər saat gərginləşdiyini, ölkə rəhbərliyinin isə daxili problemlərə məhəl qoymadığını bildirib.

"İnquşetiyada - Maqasda insanlar öz torpağını vermək istəmirlər. İnquşetiya polisi, general Yunusbek Yevkurov insanları dəstəkləyir və onlarla birlikdə dua edirlər. Ramzan Kadırov isə ümumiyyətlə, müharibəyə hazırdır. Yəqin hazırdır, biz onu bütün bu illərdə silahlandırırdıq. Rusiya prezidenti Hindistana səfəri təxirə salmadı və Maqasa gəlmədi. Siz təsəvvür edə bilərsinizmi ki, Luziana ştatının qubernatoru Texas ştatını müharibə ilə hədələdiyi bir vaxtda ABŞ prezidenti hardasa danışıqlar aparsın? Çeçenistan və İnquşetiyada hər an müharibə başlana bilər. Amma federal kanallarda heç bir Maqas yoxdur, yalnız Poroşenko, rusofobiya və ingilis var” - Qozman qeyd edib.

 

Xatırladaq ki, İnquşetiya ilə Çeçenistan arasında inzibati sərhədi müəyyən edən müqavilə sentyabrın 26-da Ramzan Kadırovla Yunusbek Yevkurov arasında imzalanıb. Həmin sazişə əsasən, Çeçenistanın Tereküstü rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında bərabər sahəli ərazi mübadiləsi həyata keçirilib. Bundan sonra İnquşetiyada hökumət əleyhinə genişmiqyaslı aksiyalar başlayıb.

Qeyd edək ki, iki respublika arasında inzibati sərhəd 1991-ci ildə Çeçen-İnquş MSSR dağılandan sonra müəyyən edilməmişdi. 1993-cü ildə Çeçenistanın və İnquşetiyanın keçmiş rəhbərləri Cövhər Dudayev və Ruslan Auşev Sunjen rayonunun böyük hissəsinin İnquşetiyada qalmasını nəzərdə tutan müqavilə imzalamışdılar.

Bəzi KİV-lər, o cümlədən social şəbəkələrin istifadəçiləri İnquşetiya və Çeçenistan arasında baş verənləri SSRİ-nin dağılması öncəsi baş verənlərlə müqayisə edirlər. "SSRİ-in dağılması 1989-cu ildə azərbaycanlılar ermənilərlə vuruşmağa başlaması ilə başladı. İndi çeçenlər inquşlara müharibəyə gedəcəklər”, – sosial şəbəkə istifadəçilərindən biri yazıb./publika

7News.Az

Xəbər lenti